Xəzər Xəbər

"Bu qərarda qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur" YAP sədrinin müavini

Gündəm | 15:43 • 28 Noyabr 2019
"Bu qərarda qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur"

YAP-dan olan deputatların geri çağırılması ilə bağlı qərarın qəbul edilməsindən sonra YAP-ın Milli Məclisdəki deputat korpusu iclas keçirib. İclas zamanı deputatlar yekdilliklə bu qərarın lehinə çıxış ediblər. Deputatların səfərdə olanlarını çıxmaqla əksəriyyəti müraciəti imzalayıb.

XəzərXəbər-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının qərargahında partiya sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

O, bildirib ki, böyük ehtimalla müraciət Milli Məclisə daxil olub və parlamentin yaxın zamanlarda keçirilməsi planlaşdırılan iclasında müzkairəyə çıxaracaq:

"Bununla da ilk dəfə YAP-ın təşəbbüsü ilə Azərbyacanda parlamentin buraxılması və yeni seçkinin keçirilməsi reallaşacaq. Parlamentin buraxılması, növbədənkənar seçki keçirilməsi dünya ölkələrində tez-tez rast gəlinən haldır. Burada qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur. Söhbət Azərbyacanın bütün həyatını əhatə edən yeniləşmə sferasının genişlənməsindən, bunun nəticəsində ölkənin daha sürətli inkişafından gedir. Güman edirəm ki, parlament bu qərarı dəstəkləyəcək".

Xəbər lenti

Çox oxunanlar