Xəzər Xəbər

Azərbaycanın sədrliyi zamanı iqtisadi məsələlər prioritet olacaq – Baş katib

Gündəm | 14:43 • 14 Oktyabr 2019
Azərbaycanın sədrliyi zamanı iqtisadi məsələlər prioritet olacaq – Baş katib

Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi ilə bağlı böyük tədbirlər planı var. Bu planın icrasına artıq başlanılıb və il ərzində davam edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Türk Şurası Xarici İşlər Nazirləri Şurasının VII iclasının yekunları ilə bağlı mətbuat konfransı zamanı xarici işlər nazirinin müavini Ramiz Həsənov bildirib.

Türk Şurasının baş katibi Bağdad Amreyev isə bildirib ki, Azərbaycanın sədrliyi zamanı əsasən iqtisadi məsələlərin inkişafı diqqət mərkəsində olacaq:

"Xüsusilə Azərbaycanın sədrliyi ərzində kiçik və ortaq sahibkarlığın dəstəklənəsinə həsr olunub. Tədbirlərimizin əksəriyyəti də bu istiqamətdə əməkdaşlığın geniuşləndirilməsinə həsr olunacaq. Elə bu münasibətlə bu günlərdə keçiriləcək biznes-foruma 400-dən çox iş adamı qatılacaq. Çünki iqtisadi işbirliyi çox önəmlidir”.

Ramiz Həsənov xarici işlər nazirlərinin Türk Mədəniyyəti və İrsi Fondunun Bakıda binasının açılış mərasiminə getdikləri üçmün mətbuat konfransına qatıla bilmədiklərini açıqlayıb:

"Buna görə də nazir bugünkü mətbuat konfransında iştirak edə bilmədilər. Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətindən irəli gələn məsələlər dərin mədəni əlaqələrimizin daha da inkişafı və türk irsinin beynəlxalq aləmə daha da açılmasıdır. Nazirlər hazırda fondun binasının açılışında iştirak edirlər. Demək istəyirəm ki, Türk Şurası türk irsinin təbliği sahəsində bir çətir kimi fəaliyət göstərir”.

Xəbər lenti