Xəzər Xəbər

“Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlim keçiriləcək

Gündəm | 17:04 • 30 May 2019
“Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlim keçiriləcək

Azərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, iyunun 7-dən 11-dək Naxçıvanda "Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlim keçiriləcək.


Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət bayraqlarının dəyişmə mərasimi olub.


Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki "Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyə Respublikasının bayraq taqımı da Qars şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.


"Ümid” körpüsü üzərində Türkiyə və Azərbaycan respublikalarının Dövlət himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Xəbər lenti