Xəzər Xəbər

Dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xüsusi ödənişlər alınacaq

Gündəm | 10:00 • 11 May 2019
Dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xüsusi ödənişlər alınacaq

Nazirlər Kabineti "Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nı haqqında qərar verib.


Xezerxeber.az-ın məlumatına görə, qərara əsasən dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək.


Müəyyən edilib ki, dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 faizi həcmində ödəniş hesablanaraq, Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Əqli Mülkiyyət Agentliyi dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etməlidir.

Xəbər lenti