Xəzər Xəbər

Zakir Həsənov Pakistanın Quru Qoşunları komandanı ilə görüşdü

Gündəm | 11:36 • 23 Mart 2019
Zakir Həsənov Pakistanın Quru Qoşunları komandanı ilə görüşdü

Martın 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Quru Qoşunları komandanı general Qamar Caved Bacva ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən XəzərXəbər-ə bildiriblər ki, görüşdə Azərbaycan ilə Pakistan arasında əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli formatda yüksələn xətlə inkişaf etməsindən, xüsusi ilə hərbi sahədə əməkdaşlığın genişləndirilməsindən, eləcə də strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.

Tərəflər qarşılıqlı səfərlərin təşkili və görüşlərin keçirilməsinin vacibliyini bildirərək müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsinin zəruriliyini bir daha qeyd ediblər.

Xəbər lenti

Çox oxunanlar