Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi iyunun 30-da təşkil ediləcək.
Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-nə nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcək.
Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır və DİM-in saytında göstərilib. Qrafik DİM-in saytının "Təqvim” bölməsinə də əlavə edilib. Axtarış sistemində lazım olan fəaliyyət istiqamətini və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə etmək mümkündür. İstifadəçi, həmçinin axtarış sistemində "status” bölməsində "keçirilir”, "keçiriləcək”, "keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına malikdir. Bundan əlavə, saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca "Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid "xəbərlər”, "e-xidmətlər”, "tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.