Xəzər Xəbər

Azərbaycanda sosial müavinətlər artırılacaq

Gündəm | 17:15 • 14 Fevral 2019
Azərbaycanda sosial müavinətlər artırılacaq
Əhaliyə verilən sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı iş aparılır.


XəzərXəbər xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfrasında deyib. O bildirib ki, müavinətlərin sayı çoxdur, onların unifikasiyasına ehtiyac var.

"Bu gün 80-nə qədər müxtəlif müavinət növləri var. Onları daha da sadələşdirib cəmləşdirilməsinə, eyni zamanda məbləğinə kompleks olaraq baxılır. Bəzi müavinətlərin vaxtı keçib, bəzi müavinətlərin isə məbləği aşağıdır. Bəzi kateqoriya insanlar var ki, bundan kənar qalıblar. Onlarla bağlı layihə hazırlanır, konseptual yanaşma olacaq. Müavinət alanlar 500 min insandır. Sürətli qərar da vermək olmaz. Çünki, bu 500 min insanın həyatına təsir edəcək addımdır. Biz bunu ətraflı araşdırırq. Asiya Bankının, Dünya Bankıın ekspertlərini dəvət etmişik, onlar da rəylərini verdikdən sonra yekun sənədi verəcəyik”.

Xəbər lenti