Xəzər Xəbər

Ləğv edilmiş qurumlarda işləmək üçün imtahan verənlərin aqibəti necə olacaq?

Gündəm | 17:29 • 15 Yanvar 2019
Ləğv edilmiş qurumlarda işləmək üçün imtahan verənlərin aqibəti necə olacaq?

Ləğv edilmiş dövlət orqanlarında olan vakant vəzifələrlə bağlı elan edilən ümumi müsahibələr üzrə qeydiyyat və keçirilməsi planlaşdırılan müsahibələr keçirilməyəcək.

Bu barədə XəzərXəbər-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, bəzi dövlət orqanlarının ləğvi ilə əlaqədar müsahibələr keçirilməyəcək.

"Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2019-cu il tarixli Fərmanı ilə Müdafiə Sənayesi Nazirliyi ləğv edilib. Bu səbəbdən Nazirlik tərəfindən 04 yanvar 2019-cu il tarixdə elan edilmiş ümumi müsahibəyə təqdim edilmiş vakant vəzifələrin müsahibələrində iştirak üçün qeydiyyat dayandırılıb. Həmin vəzifələr üzrə müraciət etmiş namizədlər müvafiq elan üzrə digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2019-cu il tarixli digər Fərmanı ilə Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi də ləğv edilib. Bununla əlaqədar olaraq, Dövlət İmtahan Mərkəzi tərəfindən 27 noyabr 2018-ci il tarixdə elan edilmiş ümumi müsahibədə həmin Katiblikdə olan vakant vəzifələr üzrə qeydiyyatdan keçən namizədlərlə keçirilməsi planlaşdırılan müsahibələr ləğv edilib.

Xəbər lenti

Çox oxunanlar