Xəzər Xəbər

Sürücülərin NƏZƏRİNƏ Sabah bu yol bağlanacaq

Gündəm | 18:21 • 14 Yanvar 2019
Sürücülərin NƏZƏRİNƏ

Sumqayıt şəhərinin girəcəyindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolun üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri ilə bağlı sabah sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılacaq”.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Sürücülər alternativ olaraq Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə edə bilərlər.

Xəbər lenti