Gecədən yağan yağış Badamdar qəsəbəsində sürüşməni aktivləşdirib.
XəzərXəbərxəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 12-00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik dinamikası artıb. Yağan yağış asılı qalmış torpaq qatında kütlələrin islanaraq ağırlaşması nəticəsində yamac boyu hərəkəti artırıb. Hava şəraiti ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir