Xəzər Xəbər

Səfir: İtaliya Senatının sədri bu ay Azərbaycana gələcək

Gündəm | 14:25 • 4 Oktyabr 2018
Səfir: İtaliya Senatının sədri bu ay Azərbaycana gələcək

Hazırda Azərbaycan-İtaliya münasibətləri çox yüksək səviyyədədir. Biz əlaqələrimizi yalnız Avropa və İtaliya üçün vacib olan enerji məsələləri üzərində qurmamışıq, Azərbaycan ilə İtaliya arasındakı münasibətlər çoxşaxəlidir. Siyasi sahədəki əlaqələri xüsusi vurğulamaq lazımdır.


Bu fikirləri AZƏRTAC-a müsahibəsində İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massaridi deyib.


Səfir bu ilin iyul ayında Prezident Sercio Mattarellanın Azərbaycana, ötən həftə Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərlərinin, keçirilən yüksək səviyyəli görüşlərin əhəmiyyətini qeyd edib. O bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı müxtəlif sahələrdə əməkdaşlıqla bağlı danışıqlar aparılıb. Belə yüksək səviyyəli səfərlər əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır.


Auqusto Massaridi deyib ki, oktyabrın 17-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati Azərbaycana rəsmi səfər edəcək. Üç gün davam edəcək səfər zamanı bir sıra vacib görüşlərin keçirilməsi planlaşdırılır.

Xəbər lenti