Bunu Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov XəzərXəbər-ə verdiyi məlumatda deyib. Onun sözlərinə görə, orta məktəblərin yerləşdiyi ərazilərdə, yaxud onlara yaxın yollarda yeraltı və yerüstü piyada keçidlərinin yaxınlığında, piyadalar üçün keçid zolaqlarında mütamadi olaraq reydlər keçirilir, qadağan olunan yerlərdən piyada hərəkətinin qarşısını almaq üçün profilaktiki iş aparılır. Eyni zamanda, sürət həddinin aşılması, yolayrıclarının keçilməsi və ötmə qaydalarının pozulması hallarına yol verən, avtomobilləri sərxoş halda idarə edən sürücülərə qarşı mübarizə tədbirləri diqqətdə saxlanılır:
"Tərəfimizdən aparılan araşdırma və təhlillər göstərir ki, süni sıxlıq, ləngimələr, tıxac yaradan hallara səbəb olan əsas inzibati xətalar sırasında "dayanma-durma”, "parklanma” qaydalarının tələblərinə etinasız yanaşmadır. Hər bir hərəkət iştirakçısı, xüsusilə sürücülər nəzərə almalıdır ki, bu etinasızlıq, biganəlik yollarında süni sıxlıq, ləngimə və tıxac yaradır. Bu halları aradan qaldırmaq, hər birimizin hüquq və vəzifəsi olmaqla qalmır, ictimai, həm də sosial məsuliyyətidir. Hər bir hərəkət iştirakçısı – sürücü, piyada yollarda digər insanların qanunla qorunan maraqlarına ehtiramla yanaşmalıdırlar".