Nazirlər Kabineti "İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nda dəyişikliklər edib. XəzərXəbər xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə görə, icra məmurlarının fəaliyyətinə nəzarəti həyata keçirən qurumlar sırasına Ədliyyə Nazirliyinin Probasiya Xidməti də əlavə edilib.
Bundan
başqa yoxlama aparan şəxs ictimai işlər növündə, cərimə növündə cəzanın
icrası, müəyyən vəzifətutma və ya fəaliyyətlə məşğul olma hüququndan
məhrumetmə növündə cəzanın icrası, islah işləri, azadlığın
məhdudlaşdırılması, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum
etmə növündə cəzaların, ictimai işlər növündə inzibati tənbehin icrasına
baxan icra məmuru tərəfindən qanunvericiliklə müəyyən olunmuş
vəzifələrinin yerinə yetirilməsini, icra məmurları tərəfindən şərti
məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş,
cəzasının çəkilməsi təxirə salınmış məhkumlara, azadlıqdan məhrum etmə
ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya
narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi
tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati
xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin
ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə
qərarlarının tələblərinin yerinə yetirilməsinə nəzarətin həyata
keçirilməsini yoxlayacaq.