Xəzər Xəbər

Ölkəmizdə ən çox saxtalaşdırılan pul nişanları Siz də bilin!

Gündəm | 11:33 • 2 Oktyabr 2018
Ölkəmizdə ən çox saxtalaşdırılan pul nişanları

Mərkəzi Bankın elektron xidmətlər portalında qeyd olunub ki, ölkədə daha çox 5 manatlıq əsginaslar saxtalaşdırılır – 32 faiz.

Sonrakı yerləri 1 (29 faiz) və 20 manatlıq (15 faiz) əsginaslar tutur.

100 manatlıq kağız pulların payına saxtalaşdırılan pul nişanlarının 10 faizi, 10 manatlıq – 7 faiz, 50 manatlıq əsginasların payına isə 6 faizi düşür.

Bu yaxınlarda buraxılmış 200 manatlıq əsginasların saxtalaşdırılması hallarına rast gəlinməyib. (yenicag.az)

Xəbər lenti

Çox oxunanlar