Son 4 ildə Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) tərəfindən irəliləyən və geriləyən məktəblərin siyahısı müəyyənləşib. XəzərXəbər xəbər verir ki, bunu təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında deyib. O qeyd edib ki, siyahıya əsasən Bakının Səbail, Xətai, Nəsimi rayonlarının məktəbəri ilk üçlükdə, Xəzər, Pirallahı və Qaradağ rayonlarının məktəbləri isə son üçlükdədir.
"Ötən
tədris ilə müqayisədə 2017/2018-tədris ilində tam orta təhsil səviyyəsi
üzrə buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət alanların sayı
azalıb, nəticələr 0.54 yaxşılaşıb, müvəffəq qiymət alanların sayı isə
2.16 faiz artıb".