Xəzər Xəbər

Nazirlik o müəllimlərə XƏBƏRDARLIQ ETDİ

Gündəm | 15:21 • 12 Sentyabr 2018
Nazirlik o müəllimlərə

2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesində 1178 nəfər müəllim adını qazanıb.

Təhsil Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, işə qəbul olmuş müəllimlər zəruri sənədləri aidiyyəti Ərazi Maliyyə Hesablaşma Mərkəzinə təqdim etməlidirlər.

İşə qəbul olunmuş müəllimlərdən tələb olunan sənədlər şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 3x4 ölçüdə fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsidir.

Xəbər lenti