Xəzər Xəbər

Azərbaycanın və Ermənistanın dövlət sərhədində monitorinq keçiriləcək

Gündəm | 10:47 • 24 İyul 2018
Azərbaycanın və Ermənistanın dövlət sərhədində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.


Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Saymon Tiller aparacaqlar.

Xəbər lenti

Çox oxunanlar