Hüquq mühafizə orqanlarından əldə edilmiş məlumata görə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanmış, 3 şəxs həbs edilmişdir.
XəzərXəbər xəbər verir ki, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının
hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilmişdir.
Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilmişdir.