Prezident İlham Əliyev
mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar
Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını
alarkən şəhid olan əsgər Adil Əli oğlu Tatarovu təltif edib. XəzərXəbər xəbər verir ki, dövlət başçısının sərəncamı ilə A.Tatarov (ölümündən sonra) "Vətən uğrunda” medalı ilə təltif olunub.
Qeyd
edək ki, Adil Əli oğlu Tatarov bundan əvvəl müdafiə naziri,
general-polkovnik Zakir Həsənovun əmr ilə "Şücaətə görə” medalı ilə
təltif olunmuşdu.