Təhsil Nazirliyi
sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə
işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başa çatıb.
Nazirlikdən XəzərXəbər-ə verilən xəbərə görə, cari ilin 4-11 iyun tarixlərində keçirilən
elektron sənəd qəbulu prosesi bitdikdən sonra müraciətlər araşdırılıb,
5865 namizədin ərizəsi qəbul edilib. Yerləşdirmə zamanı namizədlərin
diaqnostik qiymətləndirilmə və müəllimlərin işə qəbulu üzrə imtahan
nəticələri əsas tutulmaqla yanaşı, iş yerini dəyişdirmək üçün qeyd
etdikləri səbəblər və sosial amillər nəzərə alınıb.
Yerləşdirmənin
nəticələrinə əsasən, 1726 nəfər namizədin iş yerini dəyişməsinə
razıllıq verilib. Nəticələr hər bi müəllimin şəxsi səhifəsində
yerləşdirilib.
Müəllimlərin iş yerinin dəyişdirilməsi
müsabiqəsindən uğurla keçən namizədlərdən yerdəyişməni təsdiq etmələri
məqsədilə müvafiq sənədləri cari ilin 27-28 iyun tarixlərində Təhsil
İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları
Mərkəzinə gətirmələri tələb olunur.