Xəzər Xəbər

"TANAP Avropanın enerji təhlükəsizliyini təmin edəcək" Baş nazir

Gündəm | 19:51 • 12 İyun 2018
"TANAP Avropanın enerji təhlükəsizliyini təmin edəcək"

"TANAP Bolqarıstan üzərindən Avropanın digər ölkələrinə davam etməsi prinsipial olaraq qəbul etdiyimiz qərarın nəticəsidir"


Bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.


Baş nazir bildirib ki, bu kəmər vasitəsilə illik 10 milyard kubmetr Azərbaycan qazı Avropa bazarına nəql olunacaq. TANAP böyük bir coğrafiyada sosial rifahı artıracaq, Balkan ölkələrinin və Avropanın enerji təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, bu gün Türkiyədə TANAP-ın rəsmi açılış mərasimi keçirilir. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

Xəbər lenti

Çox oxunanlar