Şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına dövlət rüsumu tətbiq olunacaq.
XəzərXəbər xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən
iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə
öz əksini tapıb.
Dəyişiklik minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında
müqavilələrin dövlət qeydiyyatına alınmasına görə, eləcə də mobil
cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğinin hər il
icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsini nəzərdə tutur.
Dəyişikliyə
əsasən, satış və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və
fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər
vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla,
fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil
cihazların qeydiyyata alınması da dövlət rüsumu tutulan hallara əlavə
olunur.
Layihədə bildirilir ki, hər il üçün mobil cihazların
qeydiyyat alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.