"Biz gözəl sərmayə
iqlimi yaradaraq ölkəmizə son 15 il ərzində 230 milyard dollar sərmayə
cəlb edə bilmişik. Yoxsulluqla, işsizliklə bağlı atılan addımlar dünya
birliyi tərəfindən yüksək qiymətləndirilir" XəzərXəbər xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən məzun günündəki çıxışında bildirib.
Dövlət
başçısı deyib: "Biz gənc müstəqil dövlətik. Ancaq biz
rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerdəyik. Biz
dünya miqyasında inklüziv inkişaf indeksinə görə inkişafda olan ölkələr
arasında üçüncü yerdəyik”.
Bu gün ölkə qarşısında duran vəzifələrin uğurla icra ediləcəyinə əminliyini bildirən Prezident
fikrini belə əsaslandırıb: "Çünki bizim güclü iqtisadi potensialımız,
çox müsbət beynəlxalq nüfuzumuz var. Çox dinamik cəmiyyətimiz, fəal
gənclərimiz, çox bilikli vətəndaşlarımız və güclü siyasi iradəmiz var.
Əsas vəzifə ondan ibarətdir ki, ölkəmizin uzunmüddətli dayanıqlı
inkişafı təmin edilsin. Bu isə bax, bu gün burada əyləşən və bizim başqa
ali məktəblərdə bu gün eyni tədbiri keçirən gənclərdən asılıdır. Bir
daha demək istəyirəm ki, gənclər bizim gələcəyimizdir. Gələcəkdə
ölkəmizin taleyi, müstəqilliyi, xoşbəxtliyi gənclərdən asılı olacaq. Ona
görə gənclər daim Vətən sevgisi ilə yaşamalıdırlar, peşəkar, bilikli,
Vətənə bağlı olmalıdırlar. Əminəm ki, bizim gənclərimiz bu yüksək
meyarlara daim cavab verəcəklər”.