"Hazırkı vaxtda Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması istiqamətində əsas məqsəd ATƏT-in
Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesinin bərpası olmalıdır"XəzərXəbər erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın yeni
xarici işlər naziri Zoqrab Mnaçakanyan jurnalistlərə açıqlamasında
deyib.
Mnaçakanyan, ABŞ prezidenti Donald Trampın baş nazir Nikol Paşinyana göndərdiyi son məktubunda ikitərəfli münasibətlərin inkişafı üçün Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin zəruri oduğuna dair fikrini də şərh edib:
"Hamımız
münaqişənin tezliklə həllinə ümid edirik, amma bu həll bizim
maraqlarımız və məqsədlərimizi əks etdirməlidir. Təbii ki, söhbət
kompromisdən gedir. Amma onun əsasında ilk növbədə Qarabağ əhalisinin
iradə azadlığı və təhlükəsizliyi, maraq və məqsədləri dayanmalıdır”.
Ermənistanın xarici işlər naziri əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini artıq Rusiya xarici işlər Sergey Lavrovla telefon söhbətində müzakirə edib. Yaxın vaxtlarda isə Fransa xarici işlər naziri və ABŞ nümayəndələrinin Ermənistana səfərində bu məsələ müzakirə olunacaq.
Mnaçakanyan,
həmçinin bildirib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycanın dövlət
başçıları, yaxud xarici işlər nazirlərinin görüşü gözlənilmir. /azvision.az