"Ali məktəblərə yaz qəbul imtahanlarında nəticə göstərib, yay imtahanında nizam-intizamı pozanların nəticələri ləğv olunacaq” Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar
Şurasının sədri Məleykə Abbaszadə deyib. O, həmçinin bildirib ki, yaz
imtahanında qayda pozanlar yay imtahanına buraxılmayacaq.
"Elə
abituriyentlər var ki, birinci imtahandan sonra ikinci imtahana
nizam-intizamı pozmaq məqsədilə daxil olurlar. Hesab edirlər ki, birinci
imtahanda nəticələri var və yetərlərdir. İkinci imtahana qayda pozmaq
üçün daxil olurlar. Yaz imtahanlarında da telefon keçirməyə, köçürməyə
və ya başqasının əvəzinə keçməyə cəhdlər olub. Onların imtahan
nəticələri ləğv olunub və yay imtahanına buraxılmayacaq”.
M.Abbaszadə bildirib ki, ötən il yaz və yay imtahanlarının nəticələri arasında 20 bal fərqi qeydə alınıb.