Ağdaş rayonunda yanğın olub.
Xezerxeber.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Xınaxlı kəndində ümumi sahəsi 32 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.