Məmmədyarov Belçikaya işgüzar səfərə yola düşüb
Xarici işlər naziri Elmar Məmmədyarov
14 may tarixində Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları
mövzusunda keçiriləcək 3-cü beynəlxalq nazirlər konfransında iştirak
etmək məqsədilə Brüsselə yola düşüb.
XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər
çərçivəsində nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli
görüşləri nəzərdə tutulub.