İsrailin baş nazir Benyamin Netanyahu 2019-cu ildə "Eurovision" beynəlxalq mahnı müsahibəsinin Qüdsdə keçiriləcəyini bəyan edib. Bu barədə Netanyahu "Tvitter" hesabında bildirib.
"Sən İsrailə böyük şöhrət gətirdin! Növbəti ildə — Qüdsdə!" - deyə Netanyahu yazıb.
Qeyd
edək ki, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən "Eurovision-2018”
mahnı müsabiqəsinin qalibi məlum olub. 26 ölkənin iştirakı ilə
keçirilən final mərhələsində İsrail təmsilçisi Netta ifa etdiyi "Toy”
mahnıısı ilə birinci yerə layiq görülüb.
İkinci
yerə Kipr nümayəndəsi Eleni Foreyre (Fuego mahnısı), üçüncü yerə isə
Avstriyadan olan iştirakçı Sezar Sempton (Nobody But You mahnısı) çıxıb.