Xarici işlər naziri Elmar Məmmədyarov 5-6 may tarixlərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının 45-ci sessiyasında iştirak etmək məqsədilə Dəkkəyə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, İƏT xarici işlər nazirləri şurasının 45-ci sessiyasında nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.