Bu gün Ankarada (Türkiyə) İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 7-ci sessiyası işə başlayıb. XəzərXəbərDövlət Statistika Komitəsinə
(DSK) istinadən xəbər verir ki, sabah başa çatacaq tədbirdə Azərbaycanı
qurumun aparat rəhbəri Cabbar Musayev təmsil edir. Sessiya zamanı əhali
və mənzil fondunun siyahıyaalınmasının 2020-ci il raundu üzrə görülmüş
işlər, vətəndaş qeydiyyatı məlumatları da daxil olmaqla demoqrafiya və
miqrasiya üzrə rəsmi statistika məlumatlarının istehsalı və yayılması
ilə bağlı fəaliyyətlərin gücləndirilməsinə, dayanıqlı inkişaf məqsədləri
göstəriciləri üzrə məlumatların hazırlanması sahəsində milli
prioritetlərə, İslam
Əməkdaşlıq Təşkilatının Statistika Komissiyası üçün yeni strateji
baxışın formalaşdırılmasına, Beynəlxalq Statistika İnstitutunun 62-ci
Dünya Statistika Konqresinin işinə dair məsələlər müzakirə olunacaq.
Tədbirdə
DSK-nın nümayəndəsi təqdimatla çıxış edərək 2019-cu ildə ölkədə
keçiriləcək əhalinin siyahıyaalınmasına, o cümlədən sınaq
siyahıyaalınmasına hazırlıq üzrə görülən işlər barədə məlumat verəcək, Dövlət Statistika Komitəsinin bu sahədə əldə etdiyi təcrübəni sessiya iştirakçıları ilə bölüşəcək.