Xəzər Xəbər

``Metsamor` təhlükə mənbəyidir` Hikmət Hacıyev

Gündəm | 11:19 • 26 Aprel 2018
``Metsamor` təhlükə mənbəyidir`

"Çernobıl faciəsi qurbanlarının Beynəlxalq Anım Günündə Ukrayna, Belarus və Rusiya Xarici İşlər nazirlikləri ilə həmrəy olduğumuzu təsdiq edirik".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu faciənin nəticələrinin aradan qaldırılması işində Azərbaycandan 7000-dən çox insan iştirak edib.

"Biz həmçinin beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan ərazisində yerləşən və 1976-cı ildə "Çernobıl" Atom Elektrik Stansiyasında istifadə olunan texnologiya əsasında inşa edilən "Metsamor" AES-ə yönəltməsini istərdik. Çünki "Metsamor" stansiyası təhlükə mənbəyidir", - H.Hacıyev söyləyib.

Xəbər lenti