Aprelin 27-29-da
Bakının mərkəzi küçələrində keçiriləcək "Formula-1" Azərbaycan
qran-prisi ilə əlaqədar olaraq, Bakı metropoliteni gücləndirilmiş iş
rejimində çalışacaq.
Qurumun mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin müraciətinə əsasən, "Bakı
Metropoliteni"QSC-nin rəhbərliyi yarışın keçirildiyi günlərdə
metropolitenin iş qrafikində dəyişikliklər etmək barədə qərar verib.
Məqsəd
tamaşaçıların, habelə Dənizkənarı Bulvarda təşkil ediləcək əyləncə və
istirahət yönümlü kütləvi sosial-mədəni tədbirlərin iştirakçıları və
təşkilatçılarının ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq,
rahatlığını təmin etməkdir.
Bakı metropoliteni "Bakı
Şəhər Halqası” Əməliyyat Şirkəti ilə sıx əlaqəli fəaliyyət göstərərək,
qeyd edilən tarixlərdə yarışın və tədbirlərin keçirildiyi məkanlara
yaxın olan "İçərişəhər" və "28 May" stansiyalarına sərnişinlərin,
zərurət yaranacağı təqdirdə, gecə saat 02:00-a qədər daxil olmasını və
müvafiq marşrutlar üzrə hərəkət etməsini təmin edəcək.