Azərbaycanda 11 aprel
tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədliyi qeydə
alınmış şəxslərin İctimai Televiziyada ilk ödənişsiz debatı keçirilib.
XəzərXəbər xəbər verir ki, namizədlər müəyyən edilmiş ardıcıllıqla çıxış edərək
onlara ayrılan vaxt ərzində seçki platformalarını seçicilərə təqdim
etməyə çalışıblar.
Dəyirmi masada prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov iştirak edib.
Qeyd
edək ki, prezidentliyə namizədlərə İctimai Televiziya və Radio
Yayımları Şirkətində həftədə 6 saat vaxt ayrılacaq. 6 saatın 3 saatı
namizədlər tərəfindən İctimai Televiziyada, 3 saat isə İctimai Radioda
ödənişsiz əsaslarla istifadə olunacaq.
Dəyirmi masa həftənin 1,2
və 3-cü günləri keçiriləcək. İctimai Radioda prezidentliyə namizədlərin
dəyirmi masası isə həftənin 1, 2 və 3 günləri saat 19:00-da olacaq.
Çıxış üçün hər namizədə 7 dəqiqə 30 saniyə vaxt ayırılacaq.
Bu
gün Mərkəzi Seçki Komissiyasında keçirilən püşkatma ilə İctimai
Televiziyada həftədə 3 dəfə olmaqla saat 22:00-da başlayacaq dəyirmi
masada prezidentliyə namizədlərin çıxış etmə ardıcıllığı müəyyən edilib.
1. Namizədliyi öz təşəbbüsü ilə irəli sürən Zahid Oruc
2. Namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə,
3. Namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev,
4. Namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev,
5. Namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev,
6. Namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədov
7. Namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev,
8. Namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev,