Bu gün daha üç prezidentliyə namizədə vəsiqə təqdim olunub.
XəzərXəbər-in
məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov
Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş
Fərəc Quliyev, Müasir Müsavat Partiyası
tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin
təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli
sürülmüş Razi Nurullayevə namizədlik vəsiqəsini təqdim edib.
Bundan əvvəl Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc və Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadəyə namizədlik vəsiqələri verilib.
Qeyd edək ki, MSK Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc,
Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli
sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev, Milli
Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc
Quliyev, Müasir Müsavat Partiyası
tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev, "Cəbhəçilərin
təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli
sürülmüş Razi Nurullayev və Azərbaycan Demokrat Partiyası tərəfindən
namizədliyi irəli sürülən Sərdar Cəlaloğlunun prezidentliyə
namizədliyini qeydə alıb.