Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putini Rusiya Prezidenti seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Təbrikdə deyilir: "Rusiya Federasiyasının prezidenti seçkilərində inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu
qələbə Sizin yüksək siyasi nüfuzunuzun olduğunu və ölkədə sabitliyin,
qanunçuluğun və hüquq qaydalarının təmin edilməsinə, irimiqyaslı
islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə kömək
edən uzunmüddətli sosial proqramların reallaşmasına yönəldilmiş
kursunuzun fəal dəstəkləndiyini təsdiq edir.
Azərbaycan ilə
Rusiyanı çoxəsrlik möhkəm dostluq və mehriban qonşuluq münasibətləri
bağlayır. Sevindirici haldır ki, bizim dövlətlərarası münasibətlər bu
gün bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu münasibətlərin,
bütövlükdə Azərbaycan ilə Rusiya arasında hərtərəfli əməkdaşlığın və
qarşılıqlı fəaliyyətin genişlənməsinə Sizin şəxsi töhfənizi xüsusi qeyd
etmək istəyirəm.
Əminəm ki, Azərbaycan ilə Rusiya arasındakı
strateji tərəfdaşlığın daha da möhkəmlənməsi üzrə birgə səylərimiz
xalqlarımızın və ölkələrimizin maraqlarına, regionda sülhün,
təhlükəsizliyin və tərəqqinin təmin olunmasına bundan sonra da kömək
edəcək.
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm."