Prezident İlham Əliyev
"Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və
əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər
haqqında" sərəncam imzalayıb. XəzərXəbər-in
məlumatına görə, sərəncamla əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər
və rayonun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin
üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma
suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün
2018-ci ildə 300 ədəd subartezian quyusunun layihələndirilməsini və
qazılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı
vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 21 milyon
manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə
ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.