Prezident İlham Əliyev
martın 3-də "Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı,
Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının
yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
XəzərXəbər xəbər verir ki, sərəncama əsasən, Sabirabad
rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli
kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün "H"
kanalının yenidən qurulması layihəsi çərçivəsində tikinti işlərinin başa
çatdırılması və daha 7551 hektar əkin sahəsinin suvarma suyu ilə təmin
edilməsi məqsədilə Prezidentin
2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 22 milyon 358
min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinə ayrılıb.