Fevralın 1-də Gənclər Günü ərəfəsində bir qrup gənc müəllimlə görüş keçirilib.
Təhsil Naziriyindən
XəzərXəbər-ə verilən xəbərə görə, əvvəlcə tədbir iştirakçıları "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər. Daha sonra Təhsil Nazirliyinin rəhbər heyəti və müəllimlər Bakı Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” muğam operasının tamaşasını izləyiblər.
Sonra
təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov
gənc müəllimləri 2 fevral - Gənclər Günü münasibəti ilə təbrik edərək
onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Natiq ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Ceyhun
Bayramov bildirib ki, son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və
nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata
keçirilib. Ceyhun Bayramov həmçinin, müəllimlərin işə qəbulu üzrə
müsabiqənin şəffaf keçirilməsi nəticəsində ötən il 6000-dək müəllimin
işə qəbul olunduğunu və onların 3794 nəfərinə həvəsləndirmə tədbirləri
tətbiq edildiyini deyib. Qeyd edib ki, bu gün ölkəmizin ümumi təhsil
müəssisələrində 151 458 müəllim çalışır, onlardan 42 263 nəfəri 35
yaşadək olan gənc müəllimdir. Bu da müəllimlərin ümumi sayının 28 faizi
deməkdir.
Daha sonra Ceyhun Bayramov həvəsləndirmə tədbirləri
çərçivəsində ucqar bölgələrdəki ümumtəhsil məktəblərinin kadr
təminatının əhəmiyyətli şəkildə yaxşılaşdığından, təhsil sahəsində
müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət
dəyişikliklərinə nail olmaq məqsədi ilə bu tədris ilinin "Ümumi
təhsildə keyfiyyət ili” elan edilməsindən və cari ildə hədəflərə çatmaq
üçün qarşıda duran vəzifələrdən danışıb.
Ölkəmizin müxtəlif
bölgələrində çalışan gənc, müasir, savadlı və peşəsinə bağlı olan
müəllimlərlə görüşdən məmnun olduğunu vurğulayan Ceyhun Bayramov
şagirdlərin milli dəyərlər əsasında formalaşmasında onların böyük rolunu
vurğulayıb. Natiq müəlimlərin xoş sədasının, əldə etdikləri uğurların
təhsil sahəsində aparılan islahatların müsbət nəticəsi və islahatlara
davam etməyin əlavə stimulu kimi dəyərləndirib.
Görüşdə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Təhsil
İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor əvəzi Vəfa Yaqublu
çıxış edərək müasir müəllimin üzərinə düşən vəzifələri diqqətə çatdırıb,
həmçinin müəllimləri Gənclər Günü münasibəti ilə təbrik edərək onlara
uğurlar arzulayıblar.
Tədbirdə gənc müəllimlərdən Beyləqan rayonu Tatalılar kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Mürsəl Behbudlu, Daşkəsən rayonu Dəstəfur kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar İsmayılova, Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbinin ingilis dili müəllimi Şəbnəm Uğurlu, Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin tarix müəllimi Həbib Əlizadə, Quba rayonu Möhüc kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Yolçubəyli, İsmayıllı
rayonu İstisu kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Şahid
Muradlı və digərləri çıxış edərək öz fəaliyyətləri haqqında danışıb və
onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər. Sonda
müəllimlərə "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” və hədiyyələr təqdim edilib.