Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik
toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar
səfəri başlayıb.
övlətimizin başçısı yanvarın 22-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Börge Brend ilə görüşüb.
Prezident İlham Əliyev
Börge Brendi Dünya İqtisadi Forumunun prezidenti seçilməsi münasibətilə
təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. Görüşdə Dünya İqtisadi
Forumu ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata
keçirildiyi bildirildi. Söhbət zamanı Azərbaycanın beynəlxalq
əməkdaşlığa verdiyi töhfəyə toxunularaq ölkəmizin iştirak etdiyi qlobal
layihələr, o cümlədən ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun, həmçinin icrası başa çatmaqda olan TANAP
layihəsinin əhəmiyyəti vurğulandı. Zəngin neft ehtiyatlarına malik
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyi, ölkəmizə turist
axınının getdikcə artdığı bildirildi.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə məlumat verdi.
Söhbət zamanı Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
***
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda ABŞ-ın
"Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı
direktoru Lourens Fink ilə görüşüb.