Azərbaycanda "Stamotolji xidmət haqqında” qanunun hazırlanması təklif edilib.
Bu təklifi Milli Məclisin Səhiyyə komitəsinin islasında deputat Məlahət İbrahimqızı irəli sürüb. O qeyd edib ki, stamotoloji xidmətlə bağlı kifayət qədər narahatlıq var və müxtəlif xəstəliklərin, o cümlədən hepatitlərin yayılması daha çox bu sahədə baş verir.
M. İbrahimqızı bu sahəyə ciddi nəzarət üçün ayrıca qanunun hazırlanmasının vacibliyini vurğulayıb. Təklif dəstəklənib.