Xəzər Xəbər

Xidməti vəsiqələrin verilməsi qaydası müəyyənləşdi

Gündəm | 13:17 • 6 Dekabr 2017
Xidməti vəsiqələrin verilməsi qaydası müəyyənləşdi

Dövlət qulluqçsunun xidməti vəsiqəsinin verilməsi qaydası müəyyənləşib.

XəzərXəbər-in məlumatına görə, bununla bağlı "Dövlət qulluğu haqqında” qanuna yeni 15-2-ci maddə (Dövlət qulluqçsunun xidməti vəsiqəsi) əlavə edilir.

Yeni maddəyə görə, dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir. Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir.

Xidmət vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Xəbər lenti

Çox oxunanlar