Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə vəzifəli şəxslər cərimələnəcək.
XəzərXəbər xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.
Belə
ki, internet informasiya ehtiyatı "Yayılması qadağan edilən
informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na
daxil edildikdən dərhal sonra host-provayder və internet provayder
tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin
məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi
şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.