Xəzər Xəbər

"Azərbaycan Əfqanıstanın inkişafına töhfə verib" Prezident

Gündəm | 10:14 • 1 Dekabr 2017
"Azərbaycan Əfqanıstanın inkişafına töhfə verib"

Azərbaycan "Asiyanın Qəlbi" - İstanbul Prosesi dialoq və əməkdaşlığın əhəmiyyətli prosesi kimi görür. Bu proses Əfqanıstanın inkişafına töhfə verəcək".

XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda Bakıda keçirilən VII nazirlər konfransında çıxışı zamanı bildirib.

"Azərbaycan Əfqanıstanın inkişafına öz töhfəsini verib. Beynəlxalq səviyyədə sərhədlərin tanınması və qorunması regional təhlükəsizliyin əsas şərti, dünyada təhlükəsizliyi təmin edən amildir. Bunlar, "Asiyanın Qəlbi” - İstanbul Prosesinin də əsasını təşkil edir və nazirlərin bəyanatında öz əksini tapıb”.

Xəbər lenti