2018-ci il üzrə büdcədə
Hesablama Palatası üçün 3 milyon 852 min manat vəsait nəzərdə tutulur
ki, bu da cari illə müqayisədə 0,8% və ya 29,1 min manat çoxdur.
Bunu Milli Məclisdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata
sədri artımın səbəbini açıqlayıb: "Bu vəsait audit tədbirlərinin həyata
keçirilməsi üçün eksperlərin cəlb olunması, audit jurnalının rübdə bir
dəfə buraxılması və işsizlik müavinətlərinin ödənilməsi üçün nəzərdə
tutulub. Eyni zamanda daxili ezamiyyə xərcləri, dövlət qulluqçularının
sosial müavinətlərlə bağlı xərclərin azaldılması nəzərər tutulub.”
V.Gülməmmədov qeyd edib ki, Hesablama Palatasının cəmi büdcəsinin 82%-dən bir qədər çoxu əməyin ödənişi xərcləri ilə bağlıdır.