Xəzər Xəbər

XİN: Amerikalı şoumenin Dağlıq Qarabağa səfəri məsələsi araşdırılır

Gündəm | 17:20 • 19 Oktyabr 2017
XİN:

Amerikalı şoumen Entoni Burdenin Dağlıq Qarabağa səfəri məsələsi araşdırılır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, araşdırmadan sonra müvafiq qərar veriləcək.

Qeyd edək ki, amerikalı şoumen E. Burden "İnstagram” hesabında Ermənistana, oradan isə helikopterlə Dağlıq Qarabağa yollanmasını əks etdirən foto yayıb. Onun "Parts Unknown” verilişi üçün çəkiliş aparacağı deyilir./APA

Xəbər lenti

Çox oxunanlar