Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin müdafiə nazirlərinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə oktyabrın 12-də Düşənbə şəhərində keçirilən görüşündə iştirak edib.
Xezerxeber.az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.