Xəzər Xəbər

Azərbaycan Hərbi Dəniz Qüvvələrində təlim kursu keçirilir - FOTO

Gündəm | 17:51 • 9 Oktyabr 2017
Azərbaycan Hərbi Dəniz Qüvvələrində təlim kursu keçirilir -
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyi arasında imzalanmış illik hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Hərbi Dəniz Qüvvələrinin bazasında təlim kursu başlayıb.

Xezerxeber.az-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, Böyük Britaniyanın Kral Hərbi Donanması tərəfindən təşkil olunan "Dəniz təhlükəsizliyinin planlaşdırılması kurs”unda təlimatçı qismində iştirak etmək məqsədilə britaniyalı hərbi dənizçilərdən ibarət heyət ölkəmizə gəlib.
Oktyabrın 9-da kursun açılış mərasimində Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov, eləcə də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Kerol Meri Krofts iştirak ediblər.
Kurs oktyabrın 13-dək davam edəcək.

Xəbər lenti

Çox oxunanlar