General-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Belarusda rəsmi səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti oktyabrın 9-da Minsk şəhərindəki Qələbə meydanını ziyarət edib.
Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, ənənəyə uyğun olaraq nümayəndə heyətinin rəhbəri Qələbə abidəsinin önünə əklil qoyub, digər üzvləri isə memorial qarşısına çiçək dəstələri düzərək ehtiramlarını ifadə ediblər.