Moskva Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyaya hazırlıq prosesinin tezliklə finiş xəttinə çatacağına ümid edir.
XəzərXəbər APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər
naziri Sergey Lavrov qazaxıstanlı həmkarı ilə keçirdiyi danışıqların
yekununda deyib.
O qeyd edib ki, Qazaxıstan Xəzərin hüquqi statusu ilə bağlı 5-ci sammitə
ev sahibliyi etməyə hazırlaşır: "Biz ümid edirik ki, 5 ölkə başçısının
razılaşdığı kimi, sammit gələn il baş tutacaq. Biz bu gün Konvensiya
üzrə hazırlıq prosesini müzakirə etdik".