Xəzər Xəbər

Sakinlərinin nəzərinə: Bu rayonlarda su olmayacaq

Gündəm | 11:46 • 6 Oktyabr 2017
Sakinlərinin nəzərinə:

Bu gün Bakının üç rayonunda içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

"Azərsu” ASC-dən  XəzərXəbər-ə verilən məlumata görə, Bakı şəhəri Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış-kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrə verilməsi zərurəti yaranıb.

Bununla əlaqədar oktyabrın 6-da gün ərzində Bakı şəhəri Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti

Çox oxunanlar